"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Fələstin Futbol Federasiyası məktubda FİFA-dan İsrail rejiminin futbol federasiyasının qarşıdakı oyunlarına qadağa qoyulmasını istəyib.
Fələstin Futbol Federasiyası Qəzzada bütün futbol infrastrukturunun, o cümlədən İsrail işğalı tərəfindən əmək düşərgəsinə çevrilən tarixi Əl-Yermuk stadionunun ya məhv edildiyini, ya da ciddi ziyan gördüyünü vurğulayıb.
Ərizədə İsrail Futbol Federasiyasının öz liqasında ayrı-seçkilik və irqçiliyə qarşı lazımi addımlar atmadığı və sözügedən vəziyyətin "FIFA nizamnaməsinin 3-cü maddəsinin birbaşa pozulması deməkdir" ifadə edildi.
4211108